Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.12.2019 09:25
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin birgə seminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin birgə seminarı keçirilib

Dekabrın 19-da Bakı Dövlət Universitetinin (BDU) AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə “Anizotrop kosmik plazmada dalğa turbulensiyası problemləri haqqında” mövzusunda seminarı keçirilib.

Seminarda BDU-nun rektoru, f.-r.ü.f.d. Elçin Babayev mövzunun əhəmiyyətindən danışıb.

Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun mövzu üzrə məruzəsi dinlənilib.

N.Cəlilov heliosferin qlobal strukturu, Günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan problemlərin anlaşılmasında Günəş küləyinin xüsusiyyətlərinin tədqiqinin əhəmiyyəti barədə geniş icmal təqdim edib. O, anizotrop Günəş küləyi üçün maqnithidrodinamik köçürmə tənliklərinin həllinin bəzi problemlərini qeyd edib.

Alim, eyni zamanda, Günəş tacının enerji balansında mühüm rol oynayan plazma dayanıqsızlığı ilə bağlı apardığı tədqiqatların nəticələri haqqında məlumat verib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: