Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəki Regional Elmi Mərkəzinin fəaliyyət istiqamətləri müzakirə olunub
24.12.2019 16:38
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin fəaliyyət istiqamətləri müzakirə olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi şurasının növbəti iclası keçirilib.

İclası mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra ŞREM-də 2020-2024-cü illərdə aparılması nəzərdə tutulan elmi-tədqiqat proqramları müzakirə olunub. Müzakirələrdə müəssisənin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, elmi katib, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov, böyük elmi işçi Akif Məmmədli və tarix üzrə fəlsəfə doktoru V.Baxışov çıxış edərək təkliflərini səsləndiriblər.

İclasda, həmçinin İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar təşkil olunan esse yazı müsabiqəsinin nəticələri açıqlanıb, bir qrup əməkdaşa mərkəzin Fəxri fərmanı verilib.

Bundan əlavə, ŞREM-in Genofond və biomüxtəliflik şöbəsinin 5 illik tədqiqatları nəticəsində hazırlanmış “Azərbaycanın şimal-qərb bölgəsinin müalicəvi bitkilərinin bioekoloji xüsusiyyətləri və sənayedə istifadəsi” monoqrafiyasından bəhs olunub, nəşr iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Sonda AR Dövlət Turizm Agentliyinin Şəki “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq məsələsi müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: