Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2019 09:27
  • A-
  • A
  • A+

ŞREM-in elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa Fəxri fərmanlar təqdim olunub

ŞREM-in elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa Fəxri fərmanlar təqdim olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) qurumun Həmkərlar Təşkilatının təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək mərkəzin kollektivini bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Y.Şükürlü qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü yalnız müstəqil Azərbaycan Respublikasında yaşayan soydaşlarımızın deyil, eləcə də bütün dünyada yaşayan 50 milyondan çox həmvətənimizin ən əziz bayramlarından biridir. Çünki ümummilli bayram kimi qeyd etdiyimiz bu günün məzmun və mahiyyətində xalqımıza, millətimizə mənsubluq, ulu öndərimiz Heydər Əliyevin müstəqil dövlətimizin milli ideologiyası kimi rəsmiləşdirdiyi azərbaycançılıq ideologiyasına və yüksək milli-mənəvi dəyərlərimizə sədaqət hissi dayanır.

ŞREM-in direktoru vurğulayıb ki, yola saldığımız 2019-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində xalqımız, dövlətimiz, o cümlədən mərkəzimiz üçün uğurlu olub. Cari ildə ŞREM-in əməkdaşları bir çox uğurlara imza atıblar. 

Daha sonra mərkəzin ümumi işlər üzrə direktor müavini Rəhim Abdurahmanov, Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dos. Qüdürət Bəkirov, qurumun aparıcı elmi işçisi, pedaqoji elmlər doktoru, prof. Firədun İbrahimov, Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dos. Ulduz Mürşüdova və Həmkarlar Təşkilatının sədri Coşqun Məmmədov çıxış ediblər.

Sonda 2019-cu ildə mərkəzin elmi və ictimai həyatında səmərəli fəaliyyət göstərdiklərinə görə bir qrup əməkdaşa Fəxri fərmanlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: