www.science.az
10.01.2020 14:17

BDU-da biologiyanın müasir elmi istiqamətləri üzrə müzakirələr aparılıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının və Rusiya Elmlər Akademiyası (REA)  Fiziologiya İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Moskva Fizika-Texniki İnstitutunun professoru Süleyman Allahverdiyev arasında görüş keçirilib.

Görüşdə BDU-da fotosintez, fiziologiya, biofizika, biokimya, molekulyar biologiya və nanobiotexnologiya istiqamətlərinin perspektivləri və bu elm sahələri üzrə əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Rektor E.Babayev S.Allahverdiyevin bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi araşdırmalarının nəticələrinin müntəzəm olaraq nüfuzlu jurnallarda dərc edildiyini və alimin elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanındığını bildirib.

O, aparıcı beynəlxalq jurnalların redaksiya heyətinin üzvü olan S.Allahverdiyevin son iki ildə Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə biologiya sahəsində ən çox istinad olunan alim kimi “Scopus Awards” və ”Web of Science” mükafatlarına layiq görüldüyünü diqqətə çatdırıb.

S.Allahverdiyev müzakirə edilən istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlı olduğunu bildirib.

Sonda müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.