Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.01.2020 15:27
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşlarının 2020-ci il üçün elmi-tədqiqat planları təsdiq olunub

Naxçıvan Bölməsinin əməkdaşlarının 2020-ci il üçün elmi-tədqiqat planları təsdiq olunub

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin cari ilə olan ilk iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq bölmənin doktorant və dissertantlarının attestasiyası keçirilib. Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova qurumun doktorant və dissertantları ilə bağlı məlumat verib.

Sonra bölmə üzrə 55 doktorant və dissertantın hesabatı dinlənilib. Onlar elmi-tədqiqat mövzularını və nəticələrini Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıblar.

Akademik İsmayıl Hacıyev doktorant və dissertantların apardıqları tədqiqatlarla bağlı fikirlərini bildirib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra bölmənin elmi-tədqiqat institutlarının Elmi şuralarının 2020-ci il üçün iş planı təsdiq olunub.

İclasda, həmçinin bölmə əməkdaşlarının 2020-ci il üçün elmi-tədqiqat planları təsdiqlənib. Bu barədə məlumat verən Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bildirib ki, bu il 6 elmi istiqamət üzrə 6 problemi əhatə edən 38 işin 99 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub.

İsmayıl Hacıyev əməkdaşlara prioritet elmi istiqamətlərdə tədqiqatlar aparmaq, mövzuların aktuallığına və elmi əhəmiyyətinə diqqət yetirmək, eləcə də tədqiqatların elmi səmərəliyini artırmaqla bağlı tövsiyələrini verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: