Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nizami Gəncəvi almanaxı”nın birinci cildi çapdan çıxıb
14.01.2020 16:09
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi almanaxı”nın birinci cildi çapdan çıxıb

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən “Nizami Gəncəvi almanaxı”nın birinci cildi nəşr edilib.

“Kaspi nəşrləri” seriyasında işıq üzü görən almanax akademik Həmid Araslının 110 illik yubileyinə ithaf olunub.

Almanaxın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Birinci cildin redaksiya heyətinə akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı (elmi məsləhətçi), professor İmamverdi Həmidov, filologiya üzrə fəlsəfə doktorları Aygün Bağırlı və Zəhra Allahverdiyeva (məsul redaktor) daxildir. Nəşrin məsul katibi Hürinisə Bəşirova, koordinatoru Məsumə Nuriyevadır.

Birinci cild akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi: sənətin qüdrəti və əbədiyyəti” sərlövhəli yazısı ilə açılır. Nəşrdə Ədəbiyyat İnstitutunun əməkdaşları ilə birgə ümumilikdə 16 tədqiqatçının mövzu ilə bağlı məqaləsi yer alıb. Almanaxdakı məqalələr Nizami Gəncəvinin həyat və yaradıcılığına dair mühüm problemlərin həllinə yönəlib.

Qeyd edək ki, Nizami Gəncəvi almanaxlarının nəşr ənənəsi 1940-cı ildən başlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: