Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Genetik Ehtiyatlar İnstitutunun elmi əsərləri" jurnalı məqalə qəbulu elan edir
21.01.2020 09:38
  • A-
  • A
  • A+

"Genetik Ehtiyatlar İnstitutunun elmi əsərləri" jurnalı məqalə qəbulu elan edir

AMEA-nın "Genetik Ehtiyatlar İnstitutunun elmi əsərləri" ("Proceedings of the Genetic Resources Institute") jurnalı məqalə qəbulu elan edir.

Təqdim olunacaq məqalələr orijinal tədqiqatların nəticələrini əks etdirməli, Azərbaycan, ingilis və rus dillərinin birində yazılmalıdır. Tədqiqat xarakterli məqalələrin həcmi jurnalın qaydalarına görə 4-8 səhifədən, icmal xarakterli məqalələr isə 8-10 səhifədən çox olmamalıdır.

Məqalələrin qəbulu aprelin 30-dək davam edəcək.

Tərtib qaydaları ilə buradan tanış olmaq olar.

Qeyd edək ki, jurnalda genetika, genomika, insan genetikası, bioinformatika, seleksiya və toxumçuluq, ekologiya və bioloji ehtiyatlar elmlərinin müxtəlif sahələrinə və fənlərarası tədqiqatlara aid yüksəkkeyfiyyətli məqalələr dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: