Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu nəşr olunub
21.01.2020 15:58
  • A-
  • A
  • A+

“Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu nəşr olunub

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu çapdan çıxıb.

Nəşrin tərtibçisi və “Ön söz”ün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə işıq üzü görən topluda Hüseyn Cavidin istedadlı oğlunun çoxşaxəli irsi haqqında yazılmış məqalələr toplanılıb.

Bu kitab Ərtoğrolşünaslığın öyrənilməsi istiqamətində aparılan gələcək tədqiqatlar üçün dəyərli mənbədir.

Qeyd edək ki, toplu “Ərtoğrol Cavidin ömür salnaməsi” nəşrlər silsiləsinin sonuncusudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: