Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan tarixi üzrə elmi şuranın ilk iclası keçirilib
23.01.2020 09:38
  • A-
  • A
  • A+

Azərbaycan tarixi üzrə elmi şuranın ilk iclası keçirilib

AMEA-nın Tarix İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Azərbaycan tarixi üzrə elmi şurasının ilk iclası keçirilib.

İclasda şuranın sədri, professor Kərim Şükürov yeni yaradılmış şuranın əsasnaməsi barədə məlumat verib, qarşıda duran vəzifələri diqqətə çatdırıb. 

Daha sonra AMEA-nın Naxçıvan və Gəncə bölmələri, Milli Azərbaycan Tarixi Muzeyi, o cümlədən Sumqayıt, Gəncə və Naxçıvan Dövlət universitetləri tərəfindən şuraya təqdim olunmuş dissertasiya mövzularının geniş müzakirəsi aparılıb. 

Tədbirdə elmlər doktoru hazırlığı üzrə 2, fəlsəfə doktoru hazırlığı üzrə isə 7 tədqiqat mövzusu müzakirə olunub. Onlardan 4-ü təsdiq edilib, 5 elmi işin isə yenidən baxılması üçün müvafiq institutların və ali məktəblərin elmi şuralarına göndərilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: