Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeydə AMEA-nın 30 illik yubileyini əks etdirən fotoşəkil saxlanılır
24.01.2020 12:40
  • A-
  • A
  • A+

Muzeydə AMEA-nın 30 illik yubileyini əks etdirən fotoşəkil saxlanılır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyinə həsr olunan təntənəli iclası əks etdirən fotoşəkil qorunub saxlanır.

Müəllifi fotoqraf İ.A.Rubençik olan material muzeyə 1976-cı ildə təhvil verilib. Yubiley iclasında ümummilli lider Heydər Əliyev də iştirak edib.

Qeyd edək ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan Elmlər Akademiyasına çevrilib. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, Mərkəzi Elmi Kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları mövcud olub. 1945-ci il martın 31-də akademiyanın 15 nəfərdən ibarət həqiqi üzvlərinin ilk Ümumi iclasında Mirəsədulla Mirqasımov Azərbaycan EA-nın prezidenti seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: