Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutu İranın Təbriz Universiteti ilə əməkdaşlıq edəcək
24.01.2020 15:09
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu İranın Təbriz Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə İran İslam Respublikasının Təbriz Universiteti arasında anlaşma memorandumu imzalanıb.

5 il müddətinə nəzərdə tutulan müqaviləyə əsasən, tərəflər birgə elmi tədqiqatlar aparacaq, kadr mübadiləsi həyata keçirəcəklər. Bundan əlavə, elmi əsərlərin nəşri, konfrans və simpoziumların təşkili, eləcə də müştərək layihə və proqramlarda iştirak da sənəddə əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: