Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

"Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
06.02.2020 11:22
  • A-
  • A
  • A+

"Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzində AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Layihənin məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətini təbliğ etməkdir.

Tədbiri giriş sözü ilə Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədli açaraq layihə barədə məlumat verib. Bildirib ki, “Aşıq musiqisi axşamları” layihəsi xalq mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsi olan aşıq yaradıcılığına həsr edilib və artıq iki ildir davam edir. E.Məmmədli sənətin bu növündə poeziya, musiqi, rəqs və ifaçılıq kimi sahələrin birliyinin əks olunduğunu qeyd edib.

Sonra söz Aşıq Cahangirə verilib.

Tədbir “Aslan şahla İbrahimin dastanı”nın söylənilməsi ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: