www.science.az
12.02.2020 09:49

“Baku” jurnalında Hüseyn Cavidin Ev Muzeyi haqqında məlumat yer alıb

“Baku” jurnalının 2020-ci ildə çap edilmiş ilk nömrəsində Bakı şəhərində fəaliyyət göstərən muzeylərin, o cümlədən AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası, fəaliyyəti və iş qrafiki haqqında məlumat təqdim olunub.

Bildirilib ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliği işində mühüm rol oynayır. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, musiqisinin inkişafında böyük xidmətləri olmuş görkəmli şəxsiyyətlərin yaradıcılığının öyrənilməsində onların adını daşıyan ev-muzeylərinin rolu əvəzsizdir. 

Qeyd edək ki, 2007-ci ildən nəşr olunan “Baku” jurnalında Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.