Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər orqanizmi bütün viruslardan qorumaq üsulunu tapıblar
13.02.2020 10:07
  • A-
  • A
  • A+

Alimlər orqanizmi bütün viruslardan qorumaq üsulunu tapıblar

ABŞ-ın Massaçusets ştatında yerləşən xəstəxana və Almaniyada Heydelberqdəki Xərçəng üzrə Tədqiqatlar Mərkəzinin alimləri virus xəstəliklərinin müalicəsində böyük irəliləyiş əldə ediblər. “Cell Reports” jurnalında qeyd olunur ki, mütəxəssislər unikal antivirus xüsusiyyətlərinə malik AG04 adlı zülal aşkar ediblər.

Beynəlxalq alimlər qrupunun son tədqiqatı göstərib ki, AGO4 somatik hüceyrələrdə antivirus təsirinə malikdir. Orqanizmin viruslara qarşıdurma qabiliyyətində bu zülalın rolu böyükdür.

Tədqiqat qrupunun rəhbəri Keyt Ceffrinin sözlərinə görə, əsas məqsəd eyni zamanda bir neçə virusa qarşı effektli olan müalicə metodları yaratmaq üçün immun sisteminin necə işlədiyini bilməkdir.

poisknews.ru saytının məlumatına əsasən, gələcəkdə alimlər virusun hər tipi üçün zülalın təsir spektrinin nə qədər əhatəli olduğunu aydınlaşdırmağı planlaşdırırlar.

  • Paylaş: