www.science.az
16.02.2020 17:55

İnstitut alimlərinin rəhbərlik etdiyi layihə müsabiqədə bürünc medalla mükafatlandırılıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun alimlərinin rəhbərlik etdiyi layihə ilə “Sabahın alimləri” IX Respublika müsabiqəsinə qatılan şagirdlər müsabiqədə qalib olublar.

Müsabiqədə institutun direktoru, biologiya üzrə elmlər doktoru, professor Ulduz Həşimova və Ekotoksikologiya laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Xədicə İsmayılovanın rəhbərliyi ilə Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin 11-ci sinif şagirdləri Murad Əhmədzadə və Vəli Balıyev “Sinir sisteminin növündən asılı olaraq öyrənmə və yaddaş proseslərinin eksperimental pozğunluqlarının farmakoloji korreksiyası” layihəsinə görə “Tibb və sağlamlıq” nominasiyası üzrə bürünc medalla mükafatlandırılıblar.

Qaliblər diplom və Amerika Fizioloqlar Assosiasiyasının sertifikatına layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.