www.science.az
17.02.2020 10:17

Dünyada yarım milyon həşərat növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib

Tədqiqatçıların son araşdırmalarına görə, Yer kürəsində həşəratların 500 min növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib. 

poisknews.ru saytının məlumatına görə, Helsinki Universitetinin mütəxəssisləri 1994-cü ildən artropodların biokütləsinin dinamikasını izləyiblər. Alimlər onun 76% azaldığını aydınlaşdırıblar. İnsanların fəaliyyəti nəticəsində tezliklə təxminən 40% həşərat növü tamamilə yox ola bilər.

Həşəratların məhv olmasının qida zəncirləri və yaşam yerləri üçün təhlükəli nəticələrə səbəb olacağı da istisna edilmir. Həmçinin biomüxtəlifliyin kritik ixtisarı təhlükəsi mövcuddur ki, bu da ekosistemlərin və bütövlükdə ekologiyanın kütləvi dəyişikliklərinə gətirib çıxara bilər.

Bunun qarşısını almaq üçün alimlər otları tez-tez biçməməyi, bitkilərin əkilməsi zamanı pestisidlərin istifadəsindən çəkinməyi, qədim ağacları və kötükləri qoruyub-saxlamağı tövsiyə edirlər.