Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb
17.02.2020 10:59
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında", "AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında", "R.M.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında" və "F.Y.Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında" ölkə başçısının müvafiq sərəncamları yer alıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla keçirilən görüşlər əksini tapıb.

Bundan əlavə, nəşrdə Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısı, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi, AMEA Rəyasət Heyəti aparatının yeni strukturu, İctimai Elmlər, Yer Elmləri və Naxçıvan bölmələrinin 2019-cu ildəki elmi və elmi-təşkilati hesabatları, AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin Avropa Komissiyasının nümayəndələri ilə görüşü və Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı haqqında materiallar oxuculara təqdim olunur.

"Akademik Ramiz Mehdiyevin nəzəri baxışlarında Azərbaycanın liderlik fenomeni" adlı məqalə, Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası, UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin ilk toplantısı, Azərbaycan alimlərinin AMEA-nın 75 illik yubileyinə töhfəsi, science.az-ın 25 illik yubileyi ilə bağlı portalın Vikipediya məlumatlarının təkmilləşdirilməsi, akademiyada koronavirusa dair keçirilən maarifləndirici tədbirlər, həmçinin 2 Fevral - Azərbaycan Gəncləri Günü və digər xəbərlərlə qəzetin növbəti səhifələrində tanış olmaq olar.

Nəşrdə, həmçinin “Nizamişünaslığın nailiyyətlərinə elmi baxış”, “Həmişə gənc qalan sənət ocağı”, “Eneolit və Tunc dövrlərinin tədqiqatçısı”, “Almaniyada professor adını qazanmış ilk azərbaycanlı” sərlövhəli məqalələr, region xəbərləri, yeni nəşrlər haqqında məlumat və elmi yeniliklər dərc edilib.

20 səhifəlik qəzetdə rus dilində də maraqlı məqalələr yer alıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan "Elm" qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: