Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İqtisadiyyat İnstitutunun dissertanturasına 5 nəfər qəbul olunub
17.02.2020 10:59
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun dissertanturasına 5 nəfər qəbul olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul üçün müsabiqə keçirilib.

İnstitutun direktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilən müsabiqədə 12 plan yerinə qarşı 5 nəfər iştirak edib. Hər bir iddiaçının tədqiqat üçün təklif etdiyi doktorluq dissertasiyası mövzusu üzrə müzakirələr aparılıb. Mövzuların aktuallığı, Azərbaycan iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə tələblərə uyğunluğu, problem mövzular üzrə aparılacaq tədqiqatların mahiyyəti əsas götürülüb.

Müsabiqə komissiyasının qərarına əsasən iddiaçılar AMEA-nın İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: