Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2020 11:07
  • A-
  • A
  • A+

Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır

Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib. 

Tədbirdə mərkəzin direktoru, professor Fərman Quliyev çıxış edərək Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandırıb və ermənilərin tarixi Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərin müharibə qanunlarına zidd olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Xocalı şəhəri bir gecənin içərisində məhv edilib, qocalı, uşaqlı 613 sakin qəddarlıqla öldürülüb, 150 nəfər itkin düşüb, 1275 nəfər əsir götürülüb.

F.Quliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu hadisənin əsl mahiyyəti açılıb və dünya ictimaiyyətinə çatdırılıb. Ulu öndərin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Milli Məclisdə qəbul edilən müvafiq qərar ilə fevralın 26-ı “Xocalı soyqırımı günü” elan olunub.

Mərkəz sədri ölkə başçısı İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələrinin soyqırımı kimi tanındığını deyib.

Tədbirdə, həmçinin LREM-in direktor müavini Namiq Qasımov, şöbə müdiri Azər Quluzadə, qurumun əməkdaşı Aydan Dadaşova və digərləri çıxış edərək ermənilərin 28 il öncə Xocalıda törətdikləri qətliamın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olduğunu bildiriblər. Bundan əlavə, faciənin günahkarlarının dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: