Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Folklorşünaslıq elminin müasir vəziyyətini əks etdirən kitab nəşr olunub
27.02.2020 09:03
  • A-
  • A
  • A+

Folklorşünaslıq elminin müasir vəziyyətini əks etdirən kitab nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folklorşünaslıq şöbəsinin 2003-2019-cu illər üzrə elmi nəticələrinin biblioqrafik göstəriciləri” kitabı çap olunub.

Nəşrin tərtibçisi və "Ön söz"ün müəllifi şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovdur.

Kitabda 2003-cü ildən Folklorşünaslıq şöbəsində fəaliyyət göstərmiş əməkdaşların bu günədək nəşr olunan elmi əsərləri, monoqrafiyaları, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, bədii, publisistik nəşrləri, tərtib etdikləri vəsaitlər, eyni zamanda internet resurslarında dərc olunan yazıları, çap olunan antologiyaları illər üzrə geniş və əhatəli şəkildə işıqlandırılıb.

Bibiloqrafiyanın ən mühüm məziyyətlərindən biri dünyasını dəyişmiş və işdən ayrılan əməkdaşlarla bağlı məlumatların əksini tapmasıdır. Burada folklorşünas alimlərdən Məhərrəm Cəfərli, Rafiq Babayev, Yusif Səfərov, Aynur Cəlilova, Məhsəti İsmayıl və digərlərinin fəaliyyətləri də yer alıb. Məlumat üçün deyək ki, qeyd olunan illər ərzində şöbədə 20-yə yaxın əməkdaş fəaliyyət göstərib. Çalışdıqları müddətdə onların 58 kitab, monoqrafiya, antologiya, bədii əsər, həmçinin 700-dən çox məqalə, konfrans materialı, tezis, müxtəlif jurnallarda məqalələri çap olunub.

Vəsait folklorşünaslıq elminin müasir vəziyyətini əks etdirməklə yanaşı, bu sahənin gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: