Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2020 17:14
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində prioritet istiqamətlər üzrə tədqiqatlar aparılacaq

Şəki Regional Elmi Mərkəzində prioritet istiqamətlər üzrə tədqiqatlar aparılacaq

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi şurasının növbəti iclası keçirilib.

İclası ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Əvvəlcə mərkəzin şöbələrinin 2020-2024-cü illərdə yeni prioritet istiqamətlər üzrə tədqiqat proqramlarına dair təqdimatlar dinlənilib və Elmi şura tərəfindən təsdiqlənib.

Daha sonra qurumun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov çıxış edərək “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”ndan irəli gələn prioritet istiqamətlər və hazırlanmış Tədbirlər planı barədə məlumat verib, müvafiq qərar qəbul olunub.

İclasda, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 27 Mart - Elm Günü və Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadənin 200 illik yubileyi münasibətilə keçirilməsi planlaşdırılan seminar və elmi-praktik konfransa hazırlıq işləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: