Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.03.2020 14:52
  • A-
  • A
  • A+

Bioresurslar İnstitutunda müxtəlif bitki sortları üzərində tədqiqatlar aparılır

Bioresurslar İnstitutunda müxtəlif bitki sortları üzərində tədqiqatlar aparılır

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında Naxçıvan Muxtar Respublikası şəraitində yumşaq və bərk buğda, arpa, ətirli tütün, yonca və soya bitkilərinin müxtəlif sortları üzərində tədqiqat işləri aparılır. Tədqiqatlarda əsas məqsəd yeni sortların biotik və abiotik amillərə qarşı dayanıqlığının, keyfiyyət göstəricilərinin öyrənilməsi, qiymətləndirilməsi və onların müqayisəli xarakteristikasının aparılması, səmərəliyi müəyyənləşdirilən sortların artırılaraq fermer-kəndli təsərrüfatlarına tövsiyə edilməsidir.

Laboratoriyada 2019-2020-cu illərdə tədqiqat materialı olaraq bərk buğdanın 54, yumşaq buğdanın 41 hibridi, 49 bərk və yumşaq buğda sortları kolleksiya pitomnikində, o cümlədən bərk, yumşaq buğda hibridi və ikicərgəli, pivəlik istiqamətli arpanın seçilərək artırma pitomnikində muxtar respublika şəraitində öyrənilməsi üçün tədqiqat işlərinə başlanılıb. Tədqiq edilən buğda hibrid və sortlarının toxumları beynəlxalq deskriptorun tələblərinə uyğun şəkildə institutun təcrübə sahəsində suvarma şəraitində səpilib. Bütün nümunələrdə normal cücərtilər alınıb. 

Qeyd edək ki, muxtar respublikada dənli-taxıl bitkiləri içərisində T. Aestivum L. ən geniş yayılmış yumşaq buğda, Triticum durum Desf isə bərk buğda növlərinə aid olan sortlardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: