www.science.az
16.03.2020 17:37

Kadrlar və hüquqi təminat şöbəsinə yeni müdir təyin edilib

AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə keçirilib. Qurumun müdiri vəzifəsinə  Elmira Əliyeva təyin edilib. Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, Elmira Əliyeva daha öncə sözügedən şöbənin Kadrlar sektorunda baş mütəxəssis vəzifəsində çalışırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.