Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.03.2020 17:59
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında tibbi-profilaktik və dezinfeksiya işləri aparılır

AMEA-nın Yüksək Texnologiyalar Parkında tibbi-profilaktik və dezinfeksiya işləri aparılır

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama müvafiq olaraq, koronavirus infeksiyasının elmi müəssisələrdə yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin artırılması üçün AMEA-nın elmi qurumlarında sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bu məqsədlə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) tibbi-profilaktik, dezinfeksiyaedici işlər görülür.

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək üçün qurumun buraxılış məntəqəsində hərarət ölçmə qurğularının istifadəsinə başlanılıb.

YT Parka daxil olan şəxslərin hərarəti yoxlanılır, əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə maarifləndirici məlumatlar verilir, eləcə də otaqlarda, konfrans zallarında, dəhlizlərdə, laboratoriyalarda və yeməkxanada dezinfeksiya işləri aparılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: