www.science.az
18.03.2020 10:20

Şamaxı Astrofizika Rəsədxanasında dezinfeksiya işləri aparılıb

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən artıq pandemiya xarakteri almış koronavirusa (COVİD-19) qarşı tibbi-profilaktik tədbirlər həyata keçirilib.

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək, həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq rəsədxananın binasında dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, ŞAR əməkdaşlarına koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında mütəmadi maarifləndirici məlumatlar verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.