Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb
20.03.2020 18:20
  • A-
  • A
  • A+

“Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin ildə dörd dəfə çap olunan “Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb.

İctimai və humanitar elmlər seriyasını əhatə edən nəşrdə Tarix və siyasət, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Ədəbiyyat və Folklor, İncəsənət, İqtisadiyyat adlı bölmələrdə 45 müəllifin elmin müxtəlif sahələrində apardığı tədqiqatların nəticələri işıqlandırılıb.

Jurnalda “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2020-ci illər), “Azərbaycanın ilk hərbiçi qadınları mixi yazılarda”, “Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı arxiv sənədlərində (1918-1920-ci illər)”, “Naxçıvanın Erkən və Orta Eneolit dövrü mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərqlə əlaqələri”, “Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri”, “Oğuznamələrdə tarixi-mifoloji mənəvi irs”, “Qədim Naxçıvanda dekorativ-tətbiqi sənətlərin təşəkkülü” və digər mövzularda məqalələr yer alıb.

Nəşrin Yubileylər bölməsində, həmçinin AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illiyi əlaqədar “Görkəmli türkoloq alim və pedaqoq” adlı yazı dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: