Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim beynəlxalq konqresdə elmi nəticələrini təqdim edib
20.03.2020 19:13
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konqresdə elmi nəticələrini təqdim edib

Türkiyənin İstanbul şəhərində "BİO Türkiye - 2020" beynəlxalq biotexnologiya konqresi keçirilib.

Tədbirdə ölkəmizi Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib. O, konqresin “Hüceyrə və gen əsaslı peyvəndlər” bölməsində "Malyariya əleyhinə ötürülməni bloklayan vaksin namizəd" mövzusunda məruzə ilə çıxış edib.

Alim qeyd edib ki, malyariya bu gün dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdən biri olsa da, onun qarşısını ala biləcək peyvənd hələlik mövcud deyil. T.Məmmədov ixtira etdiyi hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini söyləyib.

Azərbaycanlı alim, həmçinin tədbir çərçivəsində Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ilə görüşüb və hazırladığı yeni nəsil vaksinlərin bu ölkədə istehsalı, o cümlədən koronavirusa qarşı effektiv peyvəndlərin hazırlanması barədə müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: