Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub
27.03.2020 12:00
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi, eləcə də onun Xaqani Şirvani adına Aran regional filialı, Xurşidbanu Natavan adına Qarabağ filialı və Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinin əməkdaşları bir aylıq əməkhaqqılarının bir hissəsini könüllü şəkildə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Qeyd edək ki, muzeyin kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: