Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyi fəaliyyətini məsafədən davam etdirir
02.04.2020 14:28
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyi fəaliyyətini məsafədən davam etdirir

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə fəaliyyət göstərən muzeylər 2020-ci ilin aprel ayının 29-dək ziyarətçilər üçün bağlanılıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi “sosial izolyasiya” tədbirləri dövründə muzeysevərlərin asudə vaxtını səmərəli keçirmələri üçün qurumun əməkdaşları tərəfindən hazırlanmış, müxtəlif tarixi mövzulara həsr olunan videoçarxlar, elektron resurslar, muzeyin zəngin kolleksiyaları əsasında tərtib olunmuş nəşrləri onlayn şəkildə təqdim edir. Qeyd edək ki, məlumatlar üç dildə (Azərbaycan, rus və ingilis) təqdim olunur.

İzləyicilər muzeyin rəsmi “”Facebook” səhifəsində (www.fb.com/azhistorymuseum) paylaşılan “Muzeyin inci”ləri ilə tanış olmaqla yanaşı, onları maraqlandıran sualları da ünvanlaya bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: