Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutu öz fəaliyyətini təsdiq olunmuş plan üzrə onlayn şəkildə davam etdirir
07.04.2020 14:20
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutu öz fəaliyyətini təsdiq olunmuş plan üzrə onlayn şəkildə davam etdirir

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq əməkhaqqları saxlanılmaqla məzuniyyətdədirlər. 

Ölkədə müəyyən edilmiş karantin rejiminin tələblərinə ciddi riayət edən Qafqazşünaslıq İnstitutunun alim və mütəxəssisləri hazırda onlayn rejimdə öz fəaliyyətlərini davam etdirir,  elmi tədqiqatlarını aparırlar.

Alim institutda hər ilin əvvəlində olduğu kimi, cari ildə də Elmi Şuranın iclasının keçirildiyini, bütün şöbə əməkdaşlarının qarşısında duran vəzifələrin konkret olaraq müəyyənləşdirildiyini qeyd edib.

Belə ki, 2020-ci ildə Qafqazşünaslıq İnstitutunda 5 kitab və monoqrafiyanın, xarici ölkələrdə isə 50-dən çox elmi məqalənin nəşr edilməsi nəzərdə tutulub: “Plan çərçivəsində kitabların yazılması artıq başa çatmaq üzrədir. İndiyədək xarici ölkə jurnallarında əməkdaşların 35 elmi məqaləsi dərc edilib, bir neçəsi isə müxtəlif nəşrlərə qəbul olunub. Bu, ötən illə müqayisədə daha yaxşı nəticədir”.

M.Qasımlı dünyada və ölkədə hökm sürən mövcud vəziyyətlə bağlı xarici ölkələrdə keçiriləcək beynəlxalq elmi konfranslarda əməkdaşlarımız tərəfindən ediləcək məruzə və çıxışların az olacağını deyib. Həmçinin  elmi seminarlar, dəyirmi masalar, eləcə də televiziya və radio kanallarında çıxışların təxirə salındığını vurğulayıb.  

AMEA-nın müxbir üzvü institut əməkdaşlarının bir-biri ilə sosial media vasitəsilə müntəzəm əlaqə saxladıqlarını deyib: “Hazırda bütün əməkdaşlarımız öz işlərini mövcud şəraitə uyğun şəkildə davam etdirirlər. Ümid edirəm ki, bu çətin vəziyyətdən az itki ilə çıxmağa nail olacağıq”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: