Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronaviruslu xəstə simptomlar yaranmamışdan öncə digər şəxsləri yoluxdura bilər
17.04.2020 13:55
  • A-
  • A
  • A+

Koronaviruslu xəstə simptomlar yaranmamışdan öncə digər şəxsləri yoluxdura bilər

Quançjou və Honkonq universitetlərinin alimləri Quançjou xəstəxanasının koronavirusa yoluxmuş pasiyentlərinin analizlərinin nəticələrini təhlil edərək belə qənaətə gəliblər ki, COVID-19-a yoluxmuş insanlar xəstəliyin ilk simptomlarını hiss etməmişdən öncə infeksiyanı yaymağa başlayırlar.

popmech.ru saytının məlumatına görə, işin müəlliflərinin fikrincə, koronavirusa yoluxmuş insanlar orta hesabla 44% halda COVID-19-un simptomları yaranmağa başlamamışdan 2-3 gün öncə infeksiyanı yaymağa başlayırlar.  Ayrı-ayrı şəhərlərdə infeksiyanın simtomlarından öncə yayılması halları bütün aşkar edilmiş xəstəliklərin 48%-62%-ni təşkil edə bilər.

Tədqiqatın nəticələrinin dərc edildiyi “Nature Medicine”dəki məqalədə alimlər xəbərdarlıq edirlər ki, virus daşıyıcısında xəstəliyin simptomlarının meydana çıxmasına 2-3 gün qalmış onun ətrafındakıları yoluxdurması ehtimalı yüksəkdir. Simptomların özünü biruzə verməsindən 8 gün sonra virus daşıyıcısının təhlükəli olma dərəcəsi xeyli aşağı düşür.

Bunu nəzərə alaraq, infeksiyanın simptomsuz ötürülməsi riski böyük olduğundan koronavirusun yayılmasıyla mübarizə üzrə görülən tədbirlərə və karantin sisteminə düzəliş olunması təklif edilir.

  • Paylaş: