Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyinə onlayn videoekskursiyalar təşkil olunur
23.04.2020 13:47
  • A-
  • A
  • A+

Akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyinə onlayn videoekskursiyalar təşkil olunur

COVID-19 pandemiyası səbəbindən Mədəniyyət Nazirliyinin muzeylərin onlayn şəkildə fəaliyyəti üzrə hazırlanan tədbirlər planına əsasən Azərbaycanın ilk kimyaçı akademiki, görkəmli dövlət xadimi, akademik Yusuf Məmmmədəliyevin Memorial Muzeyi də mövcud şəraitə uyğun fəaliyyət göstərir.

Belə ki, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən muzeyə ziyarətçilərin qiyabi şəkildə baş çəkməsi üçün videoekskursiya təşkil olunub.

Muzeyin direktoru, kimya elmlər doktoru, professor Reyhan Əliyevanın bələdçiliyi ilə ziyarətçilərə qurum haqqında onlayn məlumat verilir. 

Videoekskursiya ilə www.youtube.com vasitəsilə tanış olmaq mümkündür.

Bu videoekskursiyanı onlayn izləyən tamaşaçılar muzeyin müasir və nəfis şəkildə qurulmuş zallarını, eksponatlarını, o cümlədən müharibə dövrünü, insanın kosmosa ilk uçuşunu, alimin elmi kəşflərini, misilsiz nailiyyətlərini nümayış etdirən maketləri, tabloları canlı izləyə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: