Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

ABŞ-da ev şəraitində istifadə edilən ilk koronavirusu yoxlayan test təqdim olunub
23.04.2020 13:54
  • A-
  • A
  • A+

ABŞ-da ev şəraitində istifadə edilən ilk koronavirusu yoxlayan test təqdim olunub

ABŞ-da koronavirus analizi məqsədilə ev şəraitində ABŞ əhalisindən nümunələr toplamaq üçün test paketi təqdim olunub. Bu, ABŞ-ın bir çox ərazilərində testləşdirmə imkanlarını genişləndirməyə imkan yaradacaq yeni üsuldur.

fox2detroit.com saytı xəbər verir ki, “LabCorp” testindən ilk olaraq tibb işçiləri və qəza xidməti əməkdaşları istifadə edəcəklər. Nümunələr tibbi araşdırma üçün geriyə, bütün ölkə ərazisində diaqnostika laboratoriyalarını idarə edən “LabCorp” şirkətinə göndəriləcək.

Ev şəraitində nümunələr toplamaq üçün tibbi yaxmalardan müstəqil istifadə etmək tibb işçilərinin yoluxma riskini azaltmaqla yanaşı, artıq ABŞ-da aztapılan məhsula çevrilmiş qoruyucu vasitələrə qənaət olunmasına kömək edir.

Test paketindən istifadə etmək istəyənlər əvvəlcə onlayn-anket vasitəsilə skrininqdən keçməlidirlər. Anketin cavablarını yoxlayan həkimin icazəsi ilə “LabCorp” tərəfindən test dəsti müraciət edən şəxsin ev ünvanına göndərilir. Komplektə yaxmalı pambıq, analiz üçün sınaq borusu, izolə edilmiş paket və analizi “LabCorp”-a göndərmək üçün qutu daxildir. Testin nəticələri şirkətin veb-saytında yerləşdiriləcək.

Şirkət nümayəndələri testin ən yaxın həftələrdə istifadəyə veriləcəyini bəyan edib. Hər komplektin qiyməti təxminən 100 dollar təşkil edəcək.

  • Paylaş: