Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Səudiyyə Ərəbistanında koronavirus xəstələrini həkim-robot müalicə edir
24.04.2020 11:49
  • A-
  • A
  • A+

Səudiyyə Ərəbistanında koronavirus xəstələrini həkim-robot müalicə edir

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla Tibb Mərkəzində COVID-19 virusuna yoluxmuş xəstələrin müalicəsində həkim-robotdan istifadə olunur.

rossaprimavera.ru saytı xəbər verir ki, bu robot analiz aparır və koronavirus xəstələri ilə təmasda olmuş insanlara diaqnoz qoyur. Krallığın Səhiyyə Nazirliyinin rəsmiləri hesab edirlər ki, həkim-robotun sayəsində xüsusi qoruyucu geyimlərdən istifadə edən tibb personalı, habelə müayinəyə gələnlər arasında təhlükəli virusun qarşısını almaq mümkün olacaq.

Tibb Mərkəzinin rəhbəri Xalid Əl-Cumali bildirib ki, həkim-robot stetoskop, otoskop aparatları, göz kamerası və həssas linzaların köməyilə dərini analiz edən xüsusi kamera ilə təchiz edilib. Robot, həmçinin həkim və tibb bacılarının istifadə etdikləri ləvazimatları daşıyır, pasiyentlərə məsləhətlər verir, radioqrafiya görüntüləri çıxarır və onları xəstələrin smartfon əlavəsinə göndərir.

Əl-Cumali əlavə edib ki, bu yüksək texnologiya sayəsində xəstələrə göstərilən xidmətin keyfiyyəti və sürəti artıb. Belə ki, robot karantin palatalarına daxil olur və oranı tərk etdikdə dezinfeksiya işləri aparır.

  • Paylaş: