Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yaponiyada koronavirusa yoluxanları qan plazması vasitəsilə müalicə edəcəklər
27.04.2020 14:20
  • A-
  • A
  • A+

Yaponiyada koronavirusa yoluxanları qan plazması vasitəsilə müalicə edəcəklər

Yaponiyalı həkimlər qrupu koronavirus xəstələrini qan plazması vasitəsilə müalicə etmək üçün kliniki sınaqlara başlayıblar.

nhk.or.jp saytı xəbər verir ki, Qlobal Səhiyyə və Tibb üzrə Dövlət Mərkəzinin həkimləri bununla əlaqədar Etika Komitəsinin razılığını alıblar.

Həmin metoda əsasən, bu xəstələrə koronavirusa yoluxaraq sağalmış insanların qan plazmasının köçürülməsi nəzərdə tutulur. Bu plazma virusa qarşı immunitet yaradan anticismlərə malikdir.

Sınaqlar zamanı 50 sağalmış insanın hər birindən 400 millilitr qan götürülərək 50 xəstəyə köçürüləcək. Həkimlər bunun üçün donor qanını gələn həftə əldə etməyi və may ayından başlayaraq bu qanı xəstələrə köçürməyi planlaşdırırlar.

Kliniki sınaqlara rəhbərlik edən doktor Kutsuna Satoşi bildirib ki, anticismlərdən istifadə edilərək müalicə aparılması təcrübəsi Ebola qızdırmasına qarşı mübarizədə də müsbət nəticə verib.

Qeyd edək ki, Çində ağır xəstələrin müalicəsi məqsədilə bu metoddan istifadə uğurlu nəticələr verib.

  • Paylaş: