Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.04.2020 13:26
  • A-
  • A
  • A+

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib.

İclasda cari ilin ilk rübündə elmi müəssisənin fəaliyyəti, görülən işlər və əldə olunan nəticələrə dair müzakirələr aparılıb.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev xüsusi karantin rejimi dövründə müəssisə əməkdaşlarının “Evdə qal” prinsipini əsas götürərək Naxçıvanın ədəbi-mədəni mühitinin inkişaf tarixi, bölgənin folkloru, onomastikası, dialekt və şivələri ilə bağlı tədqiqatlarını davam etdirdiklərini bildirib. 

Sonra institutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli əməkdaşların kütləvi informasiya vasitələrində elmi-kütləvi mövzularda çıxışları və qarşıdakı aylarda keçiriləcək elmi konfranslara hazırlığın vəziyyəti barədə məlumat verib.

Daha sonra institutun elmi katibi, sən.ü.f.d., dosent Ələkbər Qasımov, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, fil.ü.f.d., dosent Ramiz Qasımov, Folklorşünaslıq şöbəsinin müdiri, fil.ü.f.d., dosent Elxan Məmmədov, Dilçilik şöbəsinin müdiri, fil.ü.f.d., dosent Nuray Əliyeva, həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Zülfiyyə İsmayıl və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Nərgiz İsmayılova çıxış edərək xüsusi karantin rejimi dövründə apardıqları tədqiqatlar, nəşrə hazırladıqları əsərlərlə bağlı gördükləri işləri diqqətə çatdırıblar.

Onlayn iclasa yekun vuran AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qarşıda duran vəzifələrdən danışıb, əməkdaşlara müvafiq tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: