Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Astronomlar həyatın mövcudluğu axtarışı üçün mükəmməl sistemlər tapıblar
05.05.2020 10:55
  • A-
  • A
  • A+

Astronomlar həyatın mövcudluğu axtarışı üçün mükəmməl sistemlər tapıblar

Alimlər həyatın mövcudluğunun ölü ulduzların – ağ cırtdanların ətrafında fırlanan qayalıq planetlərdə tapılacağını ehtimal edirlər.

Tezliklə “Ceyms Vebb” kimi yeni nəsil kosmik teleskoplar ekzoplanet atmosferlərində həyatın aşkar edilməsi ilə məşğul olacaq. Oksigen, metan, azot və ozonun oksidləşməsinin ən aşağı dərəcələrinin tapılması ilə onlarda həyatın mövcudluğunu iddia etmək mümkün olacaq.

popmech.ru saytının məlumatına əsasən, ABŞ-ın Kornell Universitetinin mütəxəssisi, tədqiqatın aparıcı müəllifi Teya Kozakis ölü ulduzların yanında həyatın tapılacağını güman edir.

O, bildirib ki, ağ cırtdanlar ulduzların qalığı hesab edilirlər. Lakin onlar toplanmış istilik enerjisini saçaraq və öz planetlərini qızdıraraq parıldamağa davam edir, milyardlarla il boyunca sabit qalırlar. Sabitlik, işıq və istilik isə həyat üçün zəruri amillərdir.

  • Paylaş: