Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çinin nəhəng raketdaşıyıcısı “Long March-5B”nin ilk buraxılışı həyata keçirilib
06.05.2020 11:24
  • A-
  • A
  • A+

Çinin nəhəng raketdaşıyıcısı “Long March-5B”nin ilk buraxılışı həyata keçirilib

Çinin yeni və nəhəng raketdaşıyıcısı olan “Long March-5B”nin ilk buraxılışı Haynan adasındakı Vençan kosmodromundan həyata keçirilib.

tass.ru saytı xəbər verir ki, raket Çinin yeni nəsil kosmik gəmisinin və yük kapsulunun sınaq versiyalarını da test üçün kosmosa aparıb. Raketdaşıyıcının buraxılışdan 8 dəqiqə 8 saniyə sonra eksperimental kosmik gəmi və yük kapsulunun test versiyası raketdən ayrılaraq planlaşdırılan aşağı orbitə daxil olub. Bu uğurlu uçuş kosmik stansiyanın quraşdırılmasını hədəfləyən Çinin kosmos proqramının 3-cü mərhələsinin başlanğıcı hesab olunur.

“Long March-5B” tipli raketdaşıyıcılar əsasən kosmik stansiyanın modullarının quraşdırılması üçün istifadə olunacaq. Bunun səbəbi yalnız bu tip raketdaşıyıcıların kosmik stansiyanın hissələrini orbitə aparmaq gücünə malik olmasıdır. Uzunluğu 53,7, diametri 5 metrə çatan raket maye oksigen, maye hidrogen və kerosin yanacağından istifadə etməklə 22 ton yükü aşağı orbitə qaldırmaq gücündədir.

  • Paylaş: