www.science.az
20.05.2020 11:53

ABŞ-da COVID-19-a qarşı peyvəndin uğurla nəticələndiyi bəyan edilib

ABŞ-ın “Moderna” biotexnologiya şirkəti koronavirus vaksininin nəticələrinin müsbət çıxdığını və onun COVID-19-un qarşısının alınması üçün potensiala malik olduğunu bəyan edib.

washingtonpost.com saytı xəbər verir ki, şirkət nümayəndələri klinik sınaqların ilk mərhələsinin başa çatdığını bildiriblər. Koronavirusa qarşı “mRNA-1273” nömrəli namizəd vaksin infeksiyaya məruz qalmış 45 nəfərin üzərində sınaqdan keçirildiyi zaman anticisimlərin törəmə prosesi müsbət nəticələr verib. Namizəd vaksin sağaldıcı plazma ilə müqayisədə, daha yüksək səviyyəli anticisimlər yetişdirir. Yeni vaksinin təhlükəsiz olduğu da aşkarlanıb.

Milli Səhiyyə İnstitutları yanındakı Yoluxucu Xəstəliklər və Milli Allergiya İnstitutları ilə birgə aparılan sınaqlar artıq bir neçə həftədir davam edir. Yaxın zamanlarda sınaqların ikinci mərhələsinə başlanılacağı bildirilir.