Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Onlayn dərsdə koronavirusların genomu, əsas zülallarının quruluşu və funksiyasından bəhs olunub
24.05.2020 13:40
  • A-
  • A
  • A+

Onlayn dərsdə koronavirusların genomu, əsas zülallarının quruluşu və funksiyasından bəhs olunub

Mayın 22-də Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov Bakı Dövlət Universitetinin tələbələri üçün “Koronaviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi keçib.

Dərsdə İsmayıl Zülfüqarov COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, DNT-genomlu viruslar, RNT-genomlu viruslar, koronavirusların MERS və SARS növləri barəsində təqdimatla çıxış edib.

"Microsoft Teams" platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.

Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: