Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.05.2020 21:19
  • A-
  • A
  • A+

COST və Maria Sklodovskaya-Küri təqaüd proqramlarına dair növbəti vebinarlar keçirilib

COST və Maria Sklodovskaya-Küri təqaüd proqramlarına dair növbəti vebinarlar keçirilib

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi altında AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri tərəfindən məlumatlandırıcı vebinarlar davam etdirilir.

COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) və Maria Sklodovskaya-Küri təqaüd proqramlarına həsr edilmiş növbəti vebinarlar COST və Avropa Tədqiqat Mərkəzi üzrə milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov və Sənətkarlıq, təlim və karyeranın inkişafı üzrə Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə milli əlaqələndirici şəxs, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənov tərəfindən keçirilib.

Vebinarlara Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrinin, eləcə də dövlət qurumlarının əməkdaşları qatılıb. Məruzəçilər bu proqramlar haqqında ətraflı məlumat verib, tərəfdaş axtarışı və qlobal çağırışlara cavab verən layihələrə qoşulmaq imkanlarını təqdim ediblər.

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva “Horizon 2020” çərçivəsində həyata keçirilən əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb, Azərbaycan alimləri tərəfindən əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Qeyd edək ki, son illərdə Azərbaycan alimləri “Horizon 2020” çərçivəsində COST və Maria Sklodovskaya-Küri təqaüd proqramları üzrə uğurlu nəticələr nümayiş etdirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: