Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Naxçıvan Dövlət Universitetinin tələbələrinə onlayn ustad dərsi keçib
27.05.2020 21:45
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Naxçıvan Dövlət Universitetinin tələbələrinə onlayn ustad dərsi keçib

Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri üçün "Zoom" platforması üzərindən “Teatr insanın zamandaşı kimi: Antik dövrdən bugünədək” mövzusunda onlayn ustad dərsi təşkil olunub. Universitetin İncəsənət fakültəsinin təşkilatçılığı ilə baş tutan ustad dərsini AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov keçib.

Əvvəlcə NDU-nun İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov çıxış edərək bu kimi tədbirlərin fakültədə artıq ənənə halını aldığını və pandemiya dövründə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində tanınmış mütəxəssislər tərəfindən keçilən ustad dərsləri tələbələrin yeni elmi biliklər və təcrübə qazanması baxımından böyük əhəmiyyət daşıyır.

Daha sonra V.Qafarov Antik dövrdən bügünədək teatrın keçdiyi yoldan danışıb, dünya teatr tarixinin inkişaf mərhələlərindən, teatrın məhz quldarlıq quruluşunda yaranması səbəblərindən bəhs edib. O, Aristotel nəzəriyyəsi, Antik Yunan teatrı, din və Orta əsrlər teatrı, intibah, klassisizm və maarifçilik dövrü teatrları, yeni dram, rejissor teatrı, realist, epik, postdramatik və çağdaş teatrın xüsusiyyətlərini diqqətə çatdırıb.

Maraqla qarşılanan ustad dərsinin sonunda fakültənin dekanı C.İsmayılov, eləcə də Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova dərin məzmunlu mühazirəyə görə V.Qafarova müəllim və tələbə heyəti adından minnətdarlıqlarını bildirib, əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: