Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapılıb
02.06.2020 09:51
  • A-
  • A
  • A+

Beyin hüceyrələrini koronavirusdan qorumaq üsulu tapılıb

Kaliforniya Universitetinin professoru Elison Muotrinin rəhbərliyi altında yerinə yetirilən yeni tədqiqatda neyrofizioloqlar və molekulyar bioloqlar aydınlaşdırıblar ki, Hepatit C virusunun müalicəsi üçün istifadə olunan “Sofosbuvir” adlı preparat beyin hüceyrələrini koronavirusdan qoruyur.

poisknews.ru saytı xəbər verir ki, tədqiqatçılar kök hüceyrələlərindən kiçik beyin nümunələri yetişdiriblər. “Sofosbuvir”in tətbiqindən sonra virusa yoluxmuş hüceyrələrin sayı azalıb. Həmçinin sinir sonluqlarının işində SARS-cov-2-nin səbəb olduğu pozuntular aradan qaldırılıb.

Alimlərin fərziyyələrinə görə, preparat COVID19-a yoluxmuş insanlarda ensefalopatiya (beyinin qeyri-iltihabi xəstəlikləri), epilepsiya tutmaları və hallüsinasiyanı aradan qaldırmaq imkanına malikdir. O, həmçinin xəstələri iy və dadbilmə hissinin itməsindən qoruya bilər.

  • Paylaş: