AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəaliyyəti bərpa olunduqdan sonra müəssisənin iş və laboratoriya otaqları yenidən dezinfeksiya olunub. Bununla yanaşı, işə çıxan əməkdaşlar maska, spirt və digər qoruyucu vasitələrlə təmin olunublar.
İnstitut rəhbərliyinin göstərişi ilə laboratoriya və şöbə rəhbərlərinə qurumun inzibati binasında işçilərin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl etmələri, eləcə də əməkdaşlar arasında sosial məsafənin saxlanılması və qoruyucu maskalardan istifadəyə riayət olunması tapşırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.