Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
02.06.2020 16:53
  • A-
  • A
  • A+

Akademik Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb. 

Xatırladaq ki, abidə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamına əsasən qoyulub.

Mərhum bəstəkarın ildönümü ərəfəsində ucaldılan qəbirüstü abidənin müəllifi, Xalq rəssamı, akademik Ömər Eldarovdur.

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: