Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub
03.06.2020 10:19
  • A-
  • A
  • A+

Akademik Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub.

Təqdimat mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra o, akademik A.Qəribovun Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıb, alimə gələcək fəaliyyətində uğurlar arzulayıb və “Şöhrət” ordenini təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il martın 27-də A.Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncam imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: