www.science.az
03.06.2020 16:59

Mərkəzi Elmi Kitabxanaya yeni direktor müavini təyin olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə Xuraman İsmayılova Mərkəzi Elmi Kitabxananın kitabxana xidməti üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, kitabxanaçı-biblioqraf X.İsmayılova Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvüdür.

X.İsmayılova bundan əvvəl Mərkəzi Elmi Kitabxanada bölmə rəhbəri vəzifəsində çalışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.