Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İnformasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri araşdırılıb
05.06.2020 09:31
  • A-
  • A
  • A+

İnformasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri araşdırılıb

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun baş mütəxəssisi Əfruz QurbanovaDilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərovun həmmüəllifi olduqları məqalə “Türkologiya” jurnalında çap olunub.

“Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri” adlı tədqiqat işində vətəndaşların adlandırılması sistemi və milli identiklik məsələlərindən bəhs olunub. Həmçinin Azərbaycanda vətəndaşların adlandırılması ilə bağlı mövcud problemlər araşdırılıb. Qloballaşma dövründə, informasiya cəmiyyəti mühitində bu problemlərin mümkün həlli yolları nəzərdən keçirilib.

Məqalədə Azərbaycan vətəndaşlarının ad və soyadları, bu sahədə tarixi ənənələr və ad strukturunun ətraflı təhlili aparılıb, xarici təcrübə araşdırılıb. Eyni zamanda, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan, türk, rus və ingilis dillərində məqalələrin nəşr olunduğu “Türkologiya” jurnalı türkologiya elminin tarixini və aktual problemlərini, eləcə də türk xalqlarının tarixi və mədəni zənginliklərini işıqlandırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: