Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elm və təhsil idarəsinin rəis müavini “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsində qalib olub
05.06.2020 12:05
  • A-
  • A
  • A+

Elm və təhsil idarəsinin rəis müavini “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsində qalib olub

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyev Mədəniyyət Nazirliyinin elan etdiyi “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsində qaliblərdən biri olub.

V.Haqverdiyev “Döyüşçünün zirehli hərb geyimi” adlı hekayəsi ilə “Ən yaxşı hekayə” kateqoriyası üzrə qalib elan edilib.

Müsabiqənin bütün iştirakçılarına Mədəniyyət Nazirliyinin diplomu, eləcə də Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə ödənişsiz giriş üçün biletlər təqdim olunacaq.

Qeyd edək ki, “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsi “Ən yaxşı hekayə”, “Ən yaxşı məktəbli hekayəsi”, “Ən yaxşı xarici dildə yazılan hekayə” və “Qran-Pri mükafatı” kateqoriyaları üzrə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: