Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Lənkəran akasiyası” Abşeronun iqlim şəraitində yetişdirilib
30.06.2020 12:10
  • A-
  • A
  • A+

“Lənkəran akasiyası” Abşeronun iqlim şəraitində yetişdirilib

Azərbaycanın endemik bitkisi​ olan "İpək akasiya"sının ("Lənkəran akasiyası" və ya "Güləbrişin") Abşeron şəraitində AMEA-nın Dendrologiya İnstitutunun təcrübə sahəsində​ bioekoloji xüsusiyyətləri, iqlim amillərinə​ təsiri öyrənilib.

Bu barədə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun müəllifi olduğu “Azərbaycan Dendroflorası”nın III cildində ətraflı məlumat verilib.

Sözügedən bitki dünyanın subtropik və tropik ərazilərindən başqa, mülayim iqlim zonalarında, Avropa, Aralıq dənizi ətrafında, Krım, Qafqazın Qara dəniz sahilində geniş yayılıb. Qırmızı kitaba düşən və “İpək gülü” adlandırılan bitki Azərbaycanda daha çox “Lənkəran akasiyası” kimi tanınır. Lənkəran zonasında geniş yayılan bitkinin “İpək akasiya”, “Güləbrişin” və ya “Lənkəran akasiyası” adlı növü bitir. Bu növün elmi adı fars dilindən tərcümədə “gul-i abrişam”, yəni “ipək gülü”dür.

İnstitutda tədqiqat aparılan “Lənkəran akasiyası” (Albizza​ julibrissin)​ (Fabaceae A. Br.) fəsiləsinin​ "Güləbrişin" (Albizza L.) cinsinə ​ aiddir. Araşdırmalar nəticəsində müəyyən olunan beşillik akasiya ağacının orta hündürlüyü 1,2 m-ə, kök boğazından gövdəsinin diametri​ isə orta hesabla 4 sm təşkil edir. Münbit torpaqlarda 10 il müddətində 10-12 m yüksəkliyə çatması ilə fərqlənir və çox sürətlə inkişaf edir. ​ Quraqlığa davamlı hesab olunan bitki 4-5 yaşından sonra çiçəkləyir.

Tədqiq olunan bitkinin tək və qrup əkinlərində, yaşıllaşdırmada, həmçinin dənizkənarı ərazilərdə, yay aylarında istiliyin azaldılmasında, Abşeron şəraitində​ bəzək bitkisi kimi istifadə edilməsi məqsədyönlüdür. “Lənkəran akasiyası”nın növünün toxumlarının cücərtiləri​ Abşeronun torpaq-iqlim şəraitinə tam davamlıdır.​

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: